“Bu gün İstanbul polisi çox böyük bir qətliamın qarşısını aldı”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu NTV-nin canlı efirində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir bildirib ki, PKK terrorçuları İstanbula beş kiloqram partlayıcı gətirib:
“Polisimizin avtovağzalda diqqətli təqibi, kəşfiyyatımızın kəskin yaddaşı nəticəsində bir maşının altına yerləşdirilən beş kiloqram partlayıcı aşkarlandı.
Bunları yerləşdirənlər artıq tutulub. Partlayıcı zərərsizləşdirilib. Avtovağzalda partlamaq üzrə ikən tapıldı. İki nəfər saxlanılıb. Amma o rəqəm artacaq”.
Son xəbərlər
Son Xəbərlər