İstanbulda polis keçmiş qayınatasını güllələdi - Yenilənib

istanbulda-polis-kecmis-qayinatasini-gulleledi
Oxunma sayı: 1546

İstanbulun Bahçelievler vilayətində yerləşən Metroport Ticarət Mərkəzində insident baş verib.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, naməlum şəxs silahla dayanmadan ətrafa atəş açır.

Hadisə ilə bağlı ətraflı məlumat verilmir.

***

Metroport Ticarət Mərkəzində hadisəni törədən şəxs artıq saxlanılıb. Onun polis olduğu bildirilir. O, silahıyla keçmiş qayınatasını güllələyib. 

Təhlükəsizlik xidmətinin əməkdaşları şübhəli şəxsi saxlayıb. Yaralı şəxs isə xəstəxanaya aparılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.