Türkiyənin İstanbul şəhərində polisə silahlı hücum olub.
“Qafqazinfo” “milliyet”ə istinadən xəbər verir ki, hadisə Esenyurtda qeydə alınıb.
Məlumata görə, insident polis şübhəli avtomobili saxlayaraq yoxlayan zaman baş verib. Təhlükəsizlik qüvvələri atəşə cavab verib. Şübhəli yaralı olaraq saxlanılıb. Onun üzərindən 3 silah götürülüb.
Şübhəli şəxsin həyatı üçün təhlükə olmadığı bildirilib.
Son xəbərlər
Son Xəbərlər