İstanbulda Qüdsə dəstək mitinqi keçirilir - Fotolar

istanbulda-qudse-destek-mitinqi-kecirilir
Oxunma sayı: 753

İstanbulun Yenikapı səmtində Səadət Partiyasının təşkilatçılığı ilə “Böyük Qüds mitinqi” keçirilir.

“Qafqazinfo” Anadolun agentliyinə istinadən xəbər verir ki, minlərlə insanın iştirak etdiyi mitinqdə Qüdsdə müsəlmanlara zülm edən İsrailə etiraz çıxışları edilir.

“Qanında boğulacaqsan İsrail”, “Məhv olsun İsrail” və buna bənzər şüarların yazıldığı plakatlara meydana gələn insanlar   Qüdsün yanında olduğunu nümayiş etdirirlər.

Mitinqin keçirildiyi ərazidə çox sayda polis təhlükəsizliyi qoruyur.

Xatırladaq ki, Qüdsdə müsəlmanların “Məscidi-Əqsa”ya girişinə qadağa qoyulduqdan sonra İsrail polisləri ilə müsəlmanlar arasında çaxnaşmalar baş vermişdi. Polislər bir neçə etirazçını öldürmüş, yüzlərlə vətəndaş da yaralanmışdı.