İstanbulda “Reina”ya bənzər terakt törətmək istəyənlər saxlanıldı

istanbulda-reinaya-benzer-terakt-toretmek-isteyenler-saxlanildi
Oxunma sayı: 1247

İstanbulda “Reina” qətliamına bənzər terror aktı hazırlamağa çalışan İŞİD-in 2 üzvü saxlanılıb.

Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, saxlanılan şəxslərdə 2 ədəd Kalaşnikof və 500 mərmi tapılıb.

Hər iki şəxsin “Reina”nı törədən Əbdülqədir Maşaripovla əlaqəsi olduğu bildirilir.

Xatırladaq ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə “Reina” gecə klubunda törədilən terror aktı nəticəsində 39 nəfər ölüb, 66 nəfər yaralanıb. Teraktı törədən Əbu Məhəmməd Horasani kod adlı Əbdülqədir Maşaripov həbs olunub.