İstanbulda seçkinin təkrarlanması ilə bağlı müzakirə təxirə salındı

istanbulda-seckinin-tekrarlanmasi-ile-bagli-muzakire-texire-salindi
Oxunma sayı: 1173

Türkiyə Ali Seçki Şurası İstanbulun Böyük Çəkməcə qəsəbəsində 31 martda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və İstanbulda təkrar seçkinin keçirilməsi ilə bağlı görüşü təxirə salıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, iclasın nə zaman keçiriləcəyi hələlik məlum deyil.

Qeyd edək ki, Ədalət və İnkişaf Partiyası (AKP) Böyük Çəkməcədə seçkidən öncə seçicilərin qeydiyyat ünvanlarının qanunsuz olaraq dəyişdirildiyinə dair fakt aşkarlayıb və bununla bağlı məhkəməyə müraciət edib.