İstanbulda sərnişin avtobusu atışmanın ortasında qaldı - Ölən və yaralılar var + Video

istanbulda-sernisin-avtobusu-atismanin-ortasinda-qaldi
Oxunma sayı: 4593

İstanbulun Bağcılar səmtində avtodayanacaqda atışma baş verib.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, naməlum şəxslər avtomobillə dayanacağa gəlib və oradakılara atəş açıb.

Qarşılıqlı atışma nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hadisə zamanı ərazidən keçən bir sərnişin avtobusu silahlı qrupların arasında qalıb. Onlarla insan təşviş içində yerə çökərək xilas edilməyi gözləyiblər.

Görüntüləri təqdim edirik: