İstanbulda silahlı şəxs bankı soydu

istanbulda-silahli-sexs-banki-soydu
Oxunma sayı: 727

Türkiyədə silahlı şəxs bankdan 100 min lirə (təxminən 50 min manat) oğurlayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə İstanbulda baş verib. Silahlı şəxs bankın təhlükəsizlik işçisini təhdid edərək zərərsizləşdirib. Daha sonra kassaya gələrək 100 min lirə götürən soyğunçu qaçarkən havaya atəş açıb. 

Hazırda polis oğrunu yaxalamaq üçün əməliyyat həyata keçirir.