İstanbulda tarixi bina çökdü, ölən var - Yenilənib

istanbulda-tarixi-bina-cokdu-olen-var
Oxunma sayı: 8236

Türkiyənin İstanbul şəhərində tarixi bina çöküb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRTHaber” məlumat yayıb.

Bildirilir ki, hazırda binanın altında qalanlar var. Axtarış-xilasetmə tədbirləri görülür.

İlkin məlumata görə, hadisə binada aparılan təmir işləri zamanı baş verib.

***

Hadisə nəticəsində 4 nəfər dağıntılar altından çıxarılaraq xəstəxanaya çatdırılıb.

Lakin bütün müdaxilələrə baxmayaraq yaralılardan biri vəfat edib.