İstanbulda terror aktı törətməyə hazırlaşan İŞİD üzvü saxlanılıb.
“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, A.H. adlı terrorçu Bahçelievler bölgəsində həyata keçirilən əməliyyat nəticəsində ələ keçirilib.
Sözügedən şəxsin evində aparılan axtarış zamanı 2 ədəd qeydiyyatsız tapança, onlara aid daraqlar, eləcə də partlayıcı qurğu aşkar olunub.
Onun əcnəbi olduğu bildirilsə də, milliyəti açıqlanmayıb.
Həmçinin oxuyun: Фото женщины, убитой вместе с ребенком
Son xəbərlər
Son Xəbərlər