İstanbulda tərsanə yandı - 2 nəfər öldü, 11 nəfər yaralandı

istanbulda-tersane-yandi
Oxunma sayı: 1210

İstanbulun Tuzla rayonunda tərsanədə yanğın baş verib.

“Qafqazinfo”nun “İHA”ya istinadən məlumatına görə, 2 nəfər ölüb, 1-i ağır olmaqla 11 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Yanğının baş verməsi səbəbi araşdırılır. Baş Prokurorluq istintaqa başlayıb.