İstanbulun Sarıyer adlanan ərazisində yerləşən alış-veriş mərkəzində silah səsləri eşidilib.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, motosikletlə ticarət mərkəzinə yaxınlaşan 2 nəfər kafedə əyləşən biri qadın, 2-si kişi olmaqla 3 nəfərə atəş açıb. Nəticədə 2 nəfər yaralanıb. Yaralılar təcili yardımla xəstəxanaya çatdırılıb, qadının vəziyyəti ağırdır. Atəş açan şəxslər isə motosikletə minərək hadisə yerindən uzaqlaşıblar.
Təhlükəsizlik kameralarını incələyən polis silahlı şəxsləri tutmaq üçün hərəkətə keçib.
Son xəbərlər
Son Xəbərlər