İstanbulda ticarət mərkəzinin tavanı çökdü, yaralılar var - Fotolar

istanbulda-ticaret-merkezinin-tavani-cokdu-yaralilar-var
Oxunma sayı: 2980

İstanbulun Zincirlikuyu məhəlləsində ticarət mərkəzinin asma tavanı çöküb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, nəticədə tavanın altındakı kafedə əyləşən müştərilər yaralanıb. İlkin məlumata görə, 6 nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardım maşınları göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Hadisə yerində araşdırma aparılır.