İstanbulda uçma riski olan binalar sökülür - Video

istanbulda-ucma-riski-olan-binalar-sokulur
Oxunma sayı: 2910

İstanbulda uçma riski böyük olan binaların sökülməsinə başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu öz tviter hesabında açıqlayıb.

“Əlavə stimul olaraq və prosesin sürətləndirilməsi üçün İstanbul bələdiyyəsi sökülən evlər üçün 4500 lirə əlavə kirayə yardımı göstərəcək”, - deyə İmamoğlu qeyd edib.

Məlumata görə, aparılan araşdırmalar nəticəsində zəlzələ zamanı uçma riski yüksək olan 318 binanın təcili olaraq sökülməsinə qərar verilib. Sözügedən evlərdə 10 minə yaxın sakin yaşayır.

Həmçinin oxuyun: “Я хочу спросить у Орхана, за что ты убил свою мать?” - Видео