İstanbulun Qaziosmanpaşa səmtində Taksim Elmi Tədqiqat Xəstəxanasında güclü yanğın baş verib.
“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, yanğın 14 mərtəbəli binanın üst mərtəbələrində başlayıb və qısa zamanda bütün binanı bürüyüb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, xilasedici və təcili yardım briqadaları cəlb edilib. Binadakı bütün xəstələr və işçilər qısa zamanda təxliyyə ediliblər. Ölən və ya xəsarət alanın olmadığı bildirilir.
Yanan binanın inşaatının davam etdiyi və tam istifadədəyə verilmədiyi üçün içəridə də çox adam olmadığı deyilir. Sadəcə reanimasiya şöbələrinin işlək vəziyyətdə olduğu açıqlanıb.
Hadisə barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da məlumatlandırılıb.
Uzun cəhdlərdən sonra yanğın söndürülüb.
Qeyd edək ki, həmin bina 2011-ci ildə də inşa zamanı yanmışdı.








Son xəbərlər
Son Xəbərlər