İstanbulun Kadıköy bölgəsində 3 mərtəbəli binanın önündə yol çöküb.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, mağazanın önündə telefonla danışan mağaza sahibi gözlənilmədən yaranan həmin çuxurun içərisinə düşüb.
Hadisə nəticəsində onunla yanaşı mağazanın önündə içkilərlə dolu avadanlıqlar da çuxura yuvarlanıb. Çətin vəziyyətə düşən Ömər Kaçağan adlı bu şəxs bələdiyyə əməkdaşlarının köməyilə xilas edilib. İnsident nəticəsində ölən və yaralanan olmayıb.
Ömər Kaçağanın sözlərinə görə, təqribən 25 dəqiqə 5 metr hündürlükdə olan çuxurun içərisində qalıb. O, hadisə nəticəsində ciddi xəsarət almadığını, sadəcə ayağında cızıq əmələ gəldiyini bildirib.


Son xəbərlər
Son Xəbərlər