İstanbulda zəlzələ oldu

istanbulda-zelzele-oldu
Oxunma sayı: 1513

İstanbulda 3,8 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo”nun Türkiyə Fövqəladə və Təbii Fəlakətlər İdarəsinə (AFAD) istinadən məlumatına görə, yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 02:56-da Arnavutköy rayonunda qeydə alınıb.

Zəlzələ bir çox ətraf kənddə də hiss edilib. 

Qəndilli Rəsədxanası zəlzələnin 4,1 maqnitudalı olduğunu açıqlayıb.

Dağıntılar və xəsarət alanlar olmayıb.