İstanbulda zəlzələ oldu

İstanbulda zəlzələ oldu
Oxunma sayı: 1312

İstanbulun Kartal rayonunda 3,9 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin yerli vaxtla 15:07-də qeydə alındığını açıqlayıb. Təkanlar 7,06 kilometr dərinlikdə meydana gəlib.

Kandilli Rəsədxanası zəlzələnin gücünün 4,2 bal olduğunu açıqlayıb.

İstanbulun valisi Əli Yerlikaya zəlzələdən sonra hər hansı dağıntı və itki barədə məlumat almadıqlarını qeyd edib.