İstanbulda zəncirvari qəza - Yaralılar var

istanbulda-zencirvari-qeza
Oxunma sayı: 1175

Türkiyənin İstanbul şəhərində zəncirvari qəza baş verib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Esenyurt istiqamətində aralarında yük maşını və minik avtomobillərinin də olduğu 9 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi olub.

Qəza səbəbindən Ankara istiqamətində tıxac yaranıb. İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.