İstanbuldakı azərbaycanlılar birgə iftar etdilər

istanbuldaki-azerbaycanlilar-birge-iftar-etdiler
Oxunma sayı: 711


Diasporla iş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, iftar yeməyindən əvvəl çıxış edən təşkilatın rəhbəri Səfər Qaraqoyunlu təşkilat tərəfindən ilk dəfə İstanbulun Avropa hissəsində düzənlənən proqramın davamlı olacağına ümid etdiyini deyib: “Bir gün iftar süfrələrinin Qarabağda, Xocalıda, Şuşada, Xankəndində açılacağına, Azərbaycan türklərinin vətən həsrətinə son qoyulacağına inanıram”.

Iğdırlılar Dərnəyinin sədri Sinan Bayat da öz çıxışında birlik və həmrəylik çağırışları edərək bütün problemlərin həllinə birgə fəaliyyətlə nail olunacağını bildirib.

İftar proqramının sonunda ehtiyatda olan albay Hanifi Yıldırıma İstanbul Türkiyə Azərbaycan Dərnəyinin fəxri üzvlük nişanı təqdim edilib.