İstanbuldakı qəzada azərbaycanlı da yaralanıb

istanbuldaki-qezada-azerbaycanli-da-yaralanib
Oxunma sayı: 1432

Xəbər verdiyimiz kimi, dünən İstanbulun Bahçelievler bölgəsində idarəetmədən çıxan avtobus dayanacağa, daha sonra isə mikroavtobusa çırpılıb. Hadisə nəticəsində 1 nəfər həlak olub, daha 5 nəfər isə yaralanıb.

“Qafqazinfo”nun “Anadolu” agentliyinə istinadən məlumatına görə, yaralananların arasında azərbaycanlı da var.

Əhməd Rzayev adlı şəxsin vəziyyətinin ağır olduğu bildirilir.