İstanbuldakı terror aktı ilə bağlı - 10 nəfər həbs olundu

istanbuldaki-terror-akti-ile-bagli
Oxunma sayı: 1038

İstanbul Cumhuriyyət Baş Prokurorluğu Terror və Mütəşəkkil Cinayətlər üzrə Şöbəsi tərəfindən ötən il dekabrın 10-da İstanbulda “Beşiktaş” stadionunun qarşısında törədilmiş terror aktları ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində 12 nəfər saxlanılıb.

Qafqazinfo”nun “Milliyet”ə istinadən xəbər verir ki, saxlanılan 12 şübhəlidən 10-nun həbsi barədə qərar verilib, 2 nəfər isə sərbəst buraxılıb.

Xatırladaq ki, “Beşiktaş” stadionunun qarşısında iki  dəfə baş vermiş partlayış nəticəsində 38 nəfər şəhid olmuş, 155 nəfər yaralanmışdı.