İstanbuldakı zəlzələdə 34 nəfər yaralanıb

istanbuldaki-zelzelede-34-nefer-yaralanib
Oxunma sayı: 1010

Ötən gün İstanbulda baş verən 5,8 bal gücündə zəlzələ nəticəsində 34 nəfər xəsarət alıb.

“Qafqazinfo”nun “milliyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidentinin köməkçisi Fuad Oqtay jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yaralı şəxslərdən 24-ü evə buraxılıb, 10-nun müalicəsi isə davam etdirilir.

F. Oqtay həmçinin, qeyd edib ki, yeraltı təkanlar nəticəsində 55-i məktəb olmaqla ümumilikdə 473 binaya zərər dəyib:

“55 məktəb bütünlüklə yoxlanılıb. Daha sonra 14 məktəbin ətraflı yoxlanılmasına qərar verilib. Sözügedən məktəblərdə bu gün tətil elan edilib”.