İstanbuldan Bakıya gələn avtobus qəzaya düşdü - Foto

istanbuldan-bakiya-gelen-avtobus-qezaya-dusdu
Oxunma sayı: 2487

Türkiyənin İstanbul şəhərindən Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu Gürcüstan sərhədində qəzaya uğrayıb.

“Qafqazinfo”nun Oxu.az-a istinadən məlumatına görə, sərnişinlər Gürcüstan sərhədində endikdən sonra avtobus iritonnajlı yük maşını ilə toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.

50 nəfərə qədər sərnişin Gürcüstan-Azərbaycan sərhədində neytral zonada altı saatdan çox gözləməli olub. Altı saat sonra problem həll olunub və hazırda avtobus Bakı istiqamətində hərəkət edir.

Gürcüstan polisi faktı araşdırır.