İstanbuldan Bakıya uçan təyyarədə texniki problem

istanbuldan-bakiya-ucan-teyyarede-texniki-problem-
Oxunma sayı: 1288


“Qafqazinfo” xəbər verir ki, bu barədə iqtisadçı Vuqar Bayramov sosial şəbəkədə yazıb: “Saat 14:35-də İstanbula uçmalı olmağımıza baxmayaraq, təyyarədəki texniki problem aradan qaldırıla bilmir. Təyyarə artıq uçuşa yararlı deyil. İstanbuldan göndərilən başqa təyyarənin isə Bakıya ən yaxşı halda saat 23.00-da çatacağı gözlənilir. Bu isə o deməkdir ki, bütün hallarda mən İstanbuldan olacaq tranzit reysimi qaçırdım.”

Məsələylə bağlı əməkdaşımız  AZAL-ın mətbuat katibi Məhərrəm Səfərli ilə əlaqə saxlayıb. O bildirib ki, həmin təyyarə Türk Hava Yollarına aiddir və AZAL-la heç bir əlaqəsi yoxdur.