İstanbuldan Moskvaya uçan Türkiyə Hava yollarına aid təyyarə Odessa aeroportunda qəza enişi edib.
“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, “Boeing 737” təyyarəsi Odessa səmasından kəskin eniş edib. Enişdən əvvəl ekipaj sistemdə yağın aşağı təzyiqi ilə bağlı məlumat verib.
Təyyarənin göyərtəsində 122 sərnişin olub.
Son xəbərlər
Son Xəbərlər