“İşte benim stilim”in qalibi o oldu - Həmyerlimiz isə... + Video

iste-benim-stilimin-qalibi-o-oldu
Oxunma sayı: 6542

Türkiyənin məşhur “İşte benim stilim” zövq müsabiqəsinin finalı baş tutub.

“Qafqazinfo”nun məlumatına görə, ötən gün baş tutan böyük finalda 7 iştirakçı qalib olmaq uğrunda mübarizə aparıb.

Finala qalan və böyük pul mükafatını qazanmağa yaxın olan iştirakçılar Yeşim Aydın, Bahar Candan, Yağmur Taktaş, Meral Avcı, Selay Topçuoğlu, Ayşan Ocaqverdiyeva və Tuğba İldiz son dəfə podiuma çıxıblar.

Müsabiqədə 3-lüyə Yeşim Aydın, Bahar Candan və Meral Avcı qalıb.

Finalda Yeşim Aydının birinci olduğunu eşidən Bahar Candan səhnəni tək edib.

Həmyerlimiz Ayşən Ocaqverdiyeva isə “İşte benim stilim” müsabiqəsində 5-ci yerin sahibi olub.