“İstedadların hazırlığı laboratoriyası” I onlayn turu başa vurdu

istedadlarin-hazirligi-laboratoriyasi-i-onlayn-turu-basa-vurdu-
Oxunma sayı: 781


“Qafqazinfo” xəbər verir ki, 45 dəqiqə sürən imtahan turunda 500 iştirakçıdan 71 nəfəri yüksək göstəricilər nümayiş etdirib. 

Layihənin keçirilməsində əsas məqsəd gənclər arasında elmi-texniki sahələrə marağı artırmaq, elm və texnika sahəsində istedadlı gəncləri üzə çıxarmaq, eləcə də müxtəlif beynəlxalq müsabiqələrdə Azərbaycanlı gənclərin daha uğurlu iştirakını təmin etməkdir.

Layihə çərçivəsində təşkil olunan olimpiada turları iki fərqli formatda keçirilir: onlayn turlar və əyani turlar.

Payız aylarında Bakıda keçirilməsi planlaşdırılan Əyani Yekun turda online turların istənilən birində yüksək göstəricilər nümayiş etdirmiş gənc iştirak etmək hüququ qazanacaq. Hal-hazırda  19 və 26 aprel 2015-ci ildə keçirilməsi nəzərdə tutulan növbəti II və III onlayn turlara hazırlıq işləri aparılır.