"Qafqazinfo"ya nazirlikdən daxil olan məlumaat görə, layihənin keçirilməsində əsas məqsəd gənclər arasında elmi-texniki sahələrə marağı artırmaq, elm və texnika sahəsində istedadlı gəncləri üzə çıxarmaq, eləcə də müxtəlif beynəlxalq müsabiqələrdə Azərbaycanlı gənclərin daha uğurlu iştirakını təmin etməkdir. Layihə çərçivəsində iştirakçıların seçiminin on-line olimpiadalar vasitəsilə aparılması nəzərdə tutulmuşdur.
2013 və 2014-cü illərdə 2400 nəfərdən artıq şagird “İstedadların hazırlığı laboratoriyası”-da iştirak edib. 2015-ci ilin aprel ayının 1-dən 8-dək 700-dək şagird qeydiyyatdan keçmişdir.
12, 19 və 26 aprel 2015-ci il tarixlərdə saat 12.00-dan - 15.00-dək lll Respublika olimpiadası çərçivəsində müvafiq olaraq l, ll və lll on-line mərhələlər keçiriləcəkdir.
“İstedadların hazırlığı laboratoriyası” çərçivəsində lll Respublika Olimpiadasının iştirak etmək istəyən 7-11 –ci sinif şagirdləri www.istedad.az saytında qeydiyyatdan keçərək on-line mərhələlərdə iştirak edə bilərlər.
Layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq yarımbəndinin icrasını təmin etmək məqsədi ilə həyata keçirilir.
Son xəbərlər
Son Xəbərlər