“Qafqazinfo” xəbər verir ki, "Saf Həyat Naminə" Gənclər İctimai Birliyi Mingəçevir şəhər tam orta internat məktəbində görüş keçirib. Prezident yanında QHT- lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən "Hər birimiz bir Günəşin zərrəsiyik!” adlı layihə çərçivəsində baş tutan tədbirdə məktəbin şagirdləri, müəllimləri və layihənin ekspertləri iştirak edib.
"Saf Həyat Naminə" Gənclər İctimai Birliyinin sədri Səbinə Abbasovanın verdiyi məlumata görə üsusi qayğıya ehtiyacı olan və internat məktəbini bitirmiş uşaqların peşə təhsilinə cəlb olunması işində təşəbbüs ortaya qoyan layihə çərçivəsində növbəti tədbir Bakı şəhərində yerləşən internat məktəblərindən birində keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər