İstedadlı uşaqlarla bağlı seminar

istedadli-usaqlarla-bagli-seminar
Oxunma sayı: 1063

Bu gün Təhsil Problemləri İnstitutunda “İstedadlı uşaqların harmonik inkişafı məsələləri” mövzusunda seminar keçirilib.

“Qafqazinfo”ya daxil olan məluta görə, Təhsil Nazirliyinin, məktəbəqədər, ümumtəhsil, peşə, orta ixtisas, ali və əlavə təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdiyi seminarı TPİ - nin direktoru Qulu Novruzov giriş sözü ilə açıb. Direktor bildirib ki, hafizə yönümlü təhsildən təfəkkür yönümlü təhsilə keçid istedadların üzə çıxarılması istiqamətində müsbət rol oynayacaq.

Daha sonra çıxış edən “İstedadlı uşaqlarla iş” şöbəsinin müdiri Elxan Bəylərov istedadlı uşaqların öyrənilməsi istiqamətində uzunmüddətli, çoxsaylı və hərtərəfli tədqiqatların aparılmasınin zəruriliyini vurğulayıb.