Mahaçqala şəhərinin Kirov rayon məhkəməsi Dağıstanın keçmiş səhiyyə naziri Tanka İbrahimovun ev dustağı edilməsinə qərar verib.
"Qafqazinfo"nun Rusiya mediasına istinadən məlumatına görə, İbrahimov bir ay 29 gün ev həbsində olacaq.
Qeyd edək ki, Tanka İbrahimov büdcə vəsaitlərinin mənimsənilməsində şübhəli bilinərək hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmışdı. O, bu ilin aprelində nazir postundan istefa vermişdi.
Son xəbərlər
Son Xəbərlər