“Qafqazinfo” aznews-a istinadən xəbər verir ki, polkovnik Şahmar Paşayev hazırda Türkiyədə müalicə olunur. Bu barədə isə sabiq rəisin oğlu Tural Paşayev açıqlamasında deyib.
O, atasının hazırda Türkiyədə müalicə olunduğunu qeyd edib: “Atam Ankarada Gülhanə Hərbi Tibb Akademiyasında müayinə olunur və müalicə alır. Şükür Allaha ki, vəziyyəti düzəlib, amma hələ bir müddət orada qalacaq”.
Oğlu həmçinin atasının müavinlərindən biri arasında konflikt olması ilə bağlı yayaılan xəbərlərə də münasibət bildirib. O, atasının işdən hansısa konfliktə görə deyil, məhz səhhəti ilə bağlı getdiyini deyib: “Bizim heç kiminlə problemimiz yoxdur. Atam neçə illərdir bu sistemdə çalışır. Yayılan məlumatlar şayiədən başqa bir şey deyil. O, bütün həmkarları ilə münasibətlərini həmişə yüksək saxlayıb. Nazirinə də həmişə sədaqətli olub. Münasibətləri indi də yüksək səviyyədədir. Atam işdən çıxıb, amma qardaşım Daxili İşlər orqanlarında xidmətini davam etdirir. Yəni, heç bir narazılıqdan söhbət gedə bilməz”. T.Paşayev qardaşına vəzifə verilməsi barədə yayılan məlumata da münasibət bildirib: “Bu da yalan məlumatdır. O, əvvəlki yerində işləyir”.
Qeyd edək ki, Tural Paşayev Fövqəladə Hallar Nazirliyində İdarə rəisidir, polkovnik-leytenantdır.
Son xəbərlər
Son Xəbərlər