İstehlak bazarının həcmi 53 milyard manata çatıb

istehlak-bazarinin-hecmi-53-milyard-manata-catib
Oxunma sayı: 1348

2021-ci ildə Azərbaycan iqtisadiyyatında müşahidə edilmiş müsbət tendensiyalardan biri istehlak tələbinin canlanması olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter hesabında yazıb.

Nazir qeyd edib ki, ölkədə istehlak bazarının həcmi real ifadədə 3,7 faiz artaraq, 53 milyard AZN-ə çatıb.

“2021-ci ildə qeyri-neft sektorundan ƏDV üzrə daxilolmalar 17%, aksizlər üzrə 25%, mənfəət vergisi üzrə isə 16,3% artıb.

Qeyri-neft sektorunda vergi daxilolmalarının ən yüksək artım templəri ictimai iaşədə 84,1%, pərakəndə ticarətdə 53,7%, sənayedə 29,3% və xidmət sektorunda 19,7% müşahidə olunub”, - M.Cabbarov əlavə edib.