İstehsalçılara 17 milyon manat ayrıldı- - Qərar

istehsalcilara-17-milyon-manat-ayrildi-
Oxunma sayı: 1175


“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərtac-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Respublika komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev qeyd edib ki, 2007-ci ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına buğda və çəltik səpininə görə yardım verilir. Bu məqsədlə 2015-ci ildə də dövlət büdcəsində vəsait nəzərdə tutulub.

İclasda kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi ilə bağlı 58 rayon (şəhər) komissiyasından daxil olmuş sənədlərə baxılıb.

Komissiya 58 rayon (şəhər) komissiyası üzrə 129063 istehsalçıya 426277,44 hektar buğda və çəltik səpininə görə 17051097,60 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib.

Rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə yardım veriləcək istehsalçıların siyahısı, onların əkin sahələri və hesablanmış yardımın məbləği barədə məlumatlar nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) “Subsidiyalar” bölməsində yerləşdiriləcək. Eyni zamanda, komissiyanın iclasında güzəştli şərtlərlə verilmiş 10341 ton gübrə üçün 4628000 manat vəsaitin ödənilməsi barədə qərar qəbul olunub.