Beləliklə də Tağı Əhmədovun məsuliyyətə cəlb olunması üçün ciddi əsaslar yaranıb. Lakin keçmiş rəisin həbs olunub-olunmayacağı barədə qərar yoxlamalar başa çatandan sonra veriləcək.
Məlumatda o da deyilir ki, metropolitendə əsasən Tağı Əhmədovun qohumları və yaxın adamları çalışır. Yoxlamalarla paralel onların işdən çıxarılması prosesi də gedir. Tağı Əhmədovun yaxın qohumu olan rəisi müavini Arif Rəsulov işdən çıxarılıb.
Bu iddialara aydınlıq gətirmək üçün T.Əhmədovla əlaqə saxladıq. Keçmiş rəis “Yeni Müsavat”a lakonik şəkildə “Bu barədə heç nə bilmək istəmirəm, vəssalam” deyərək telefonu qapatdı.