“Rəqibim dünyanın 6-cısıdır və bura medal ardınca gəldiyini gizlətmir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarındakı ilk matçı ilə bağlı danışarkən deyib.
N qrupunda He Bin Çzyaoya (Çin) uduzan idmançı rəqibinin iddialı olduğunu bildirib: “Əlimdən gələni etməyə çalışdım. İlk olimpiadamdır. İstər-istəməz həyacan var idi. Çalışacağam ki, növbəti oyunda daha yaxşı çıxış edim”.
Son xəbərlər
Son Xəbərlər