“İstəyərdik ki, tilsimi qıraq” - Maksim Medvedev

“İstəyərdik ki, tilsimi qıraq”
Oxunma sayı: 1414

“Qarabağ” Konfrans Liqasının “H” qrupunun ilk turunda İsveçrənin “Bazel” klubu ilə qarşılaşacaq.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisinin kapitanı Maksim Medvedev oyundan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, öncə sabah keçiriləcək qarşılaşma haqda fikirlərini bildirib:

- Bizi sabah ağır oyun gözləyir. Futbolçular üçün də çox məsuliyyətli matçdır. Komandada ab-hava yaxşıdı. Oyunu səbirsizliklə gözləyirik. İstəyirik ki, özümüzü yaxşı tərəfdən göstərək. Baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilsək, yaxşı nəticə göstərə bilərik. Rəqibi analiz etmişik.

- Tofiq Bəhramov adına Respublika Stadionuna öyrəşmişdiniz. BOS-da oynamaq sizin üçün necə olacaq?

- Tofiq Bəhramov stadionu bizim üçün uğurlu stadiondur. İstəyərdik ki, tilsimi qırıb burada da ən yaxşı oyunlardan birini sərgiləyək.