Azərbaycan Kubokunun cavab qarşılaşması çərçivəsində keçirilən "Sumqayıt" - "Qarabağ" matçından sonra meydan sahiblərinin məşqçisi Vəfadar Quliyevin mətbuat konfransında iştirak edib.
"Qafqazinfo" futbolinfo.az-a istinadən xəbər verir ki, Samir Abasovun cəza səbəbindən iştirak etmədiyi konfransda mütəxəssis lakonik açıqlamayla kifayətlənib: "Gözlədiyimizdən zəif futbol sərgilədik. Samir müəllim əvvəlcədən də uşaqlara bildirmişdi ki, 0:2 hesablı məğlubiyyətdən sonra itiriləsi bir şey qalmayıb. Təəssüf ki, istəyimizə çata bilmədik".
Son xəbərlər
Son Xəbərlər