“İstəyirik ki, tullantılara artıq bir xammal kimi baxılsın”

isteyirik-ki-tullantilara-artiq-bir-xammal-kimi-baxilsin
Oxunma sayı: 2910

“Azərbaycanda tullantıların idarə olunması ilə bağlı qanunvericiliyə yenidən baxılmasına ehtiyac var”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin komitə iclasında “Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov bildirib.

“Hazırda tullantıların idarə olunması il bağlı qanunvericilik keçid mərhələdədir. Müasir dövrün tələbləri və bu sahədə gedən proseslər özlüyündə tələb edir ki, sözügedən qanunvericiliyə yenidən baxaq. Sadəcə bu, bir qədər vaxt tələb edən prosesdir.

Biz istəyirik ki, tullantılara artıq bir tullantı kimi yox, iqtisadi dövriyyəyə qaytarılmalı olan bir  xammal kimi baxıldığı yanaşmanı ortaya qoyaq. Ümumiyyətlə, beynəlxalq təcrübədə gedən tendensiyalar da belədir”, - deyə M.Laçınov əlavə edib.

Müdir müavini utilizasiyaya təqdim olunacaq avtomobillərin qiymətləndirilməsi məsələsinə də aydınlıq gətirib.

O bildirib ki, utilizasiyaya təqdim olunacaq bütün nəqliyyat vasitələri tullantı olduğuna görə avtomobilin markasının nə olmasının qiymətləndirmədə heç bir əhəmiyyəti olmayacaq.

Zaur Mirzə