“İstəyirlər ki, Azərbaycanı vursunlar...”- - Yenilənib

isteyirler-ki-azerbaycani-vursunlar-
Oxunma sayı: 1493


“Qafqazinfo” xəbər verir ki, tədbiri açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov bildirib ki, I Avropa Oyunları yaxınlaşdıqca ölkəmizə qarşı qarayaxma kampaniyası daha da güclənir:

“Bu günlərdə “APA Holdinq”in araşdırdığı sənəddə hər şey açıq-aşkar bəlli olur və sənəddə ciddi faktlar ortaya qoyulub. Bütün bunlar da, sözsüz ki, qərbin ikili standartlarından irəli gəlir. Düşünürük ki, ölkəmizə qarşı aparılan bu çirkin kampaniya əvvəllər də olduğu kimi, bu dəfə də bir nəticə verməyəcək”.

Millət vəkili Zahid Oruc deyib ki, müstəqillik dövründə çoxlu müxtəlif hadisələrlə rastlaşmışıq: “Bu günlərdə rastlaşdığımız sənəd isə çox maraqlı faktlarla ortaya çıxıb. Bu əminəm ki, iki hissəli bir plandır. Bir hissəsi artıq mətbuatda yayımlanıb. Əminəm ki, ikinci hissəsi də var. Səbəb nədir ki, artıq ABŞpərəstlik, ABŞ yönümlü olmaq böyük bir təhlükəyə çevrilib? Düşünürəm ki, bu Azərbaycan hakimiyyəti ilə bağlı deyil. ABŞ hazırkı dünya siyasəti ilk növbədə onun demokratikləşmə siyasətinə və Azərbaycanla olan münasibıtlərinə zərər vurur. ABŞ artıq öz tərəfdarlarını itirməkdədir. Azərbaycanı cəzalandırmaq siyasəti qərbin maraqlarına daha çox zərbə vuracaq”.

“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev vurğulayıb ki, qərb ölkələri özlərini demokratik inkişaf etmiş bir ölkələr hesab edirlər: “Onlar hesab edirlər ki, bəzi ölkələrdə insan hüquqları sahəsində ciddi nöqsanlar var. Lakin araşdırmalar göstərir ki, onların özlərində çox ciddi nöqsanlar var. Onlar bunu görmürlər”.

***

APA Holdingin prezidenti Vüsalə Mahirqızı təəssüflə bildirib ki,  Holdingin araşdırdığı sənədə bəziləri kinayə ilə yanaşdılar.: “Ona görə biz qərara gəldik ki, sənədləri təqdim edək. Yazı 4 sənəd əsasında hazırlanıb. Burada söhbət çox böyük şəbəkədən və böyük qara piar kampaniyasından söhbət gedir. Layihədə Dağlıq Qarabağ məsələsi ilə bağlı heç nə yoxdur. Lakin erməni hakimiyyətinin möhkəmlənməsinə maliyyə ayıran, Azərbaycanda isə gərginlik yaratmağa çalışan təşkilatlardır ki, bu layihədə yer alır. İnsan haqlarına qarşı isə qərəzli münasibətlərin olduğu ortadadır”.

Millət vəkili Asim Mollazadə qeyd edib ki, Azərbaycan I Avropa Oyunlarının keçirilməsinə böyük önəm verir: “Bugünkü müzakirələri isə antiAvropa və antiAmerika müzakirələri kimi qəbul etmək düzgün deyil. Çünki Azərbaycan hər iki tərəflə münasibətə önəm verir. Azərbaycanın dəstəyi ilə bu gün ABŞ öz əsgərlərini döyüş bölgələrinə apara bilir. Həmçinin Azərbaycan enerji təminatında böyük rol oynayır. Bu da bir çox dairələri çox narahat edir. Onlar istəyirlər ki, istənilən üsullarla Azərbaycanı vursunlar. Bunun üçün isə çox böyük vəsait ayrılıb. Bunu isə erməni diasporaları təşkil edir”.

Millət vəkili əlavə edib ki, bu gün Azərbaycan gücləndiyinə görə, ABŞ-ın daxilində Xocalı soyqrımı ilə bağlı müvafiq qətnamələr qəbul olunub. Bu onu göstərir ki, Azərbaycanın ABŞ-da, Avropada dostları var

Millət vəkili Fazil Mustafa hesab edir ki,  bu istiqamətdə səylər gücləndirməlidir: “ Biz maraqlarımızın müdafiəçisi kimi çıxış etməliyik. Bu tədbir vasitəsilə güc nümayişi göstərmirik. Sadəcə, onların bizə qarşı rahatlıqla hansısa niyyətlərini həyata keçirməsi mümkün olmayacaq. ABŞ bir dəfə etiraf etsin ki, Ermənistanın əleyhinə hansısa sənədə səs verib. Nə olsun ki, ABŞ-ın 25 ştatında Xocal soyqırımı tanınıb. Bir dəfə də haqq-ədaləti müdafiə etsinlər”.

***

Tədbirdə çıxış edən millət vəkili Çingiz Qənizadə isə ABŞ-ın separatçılara dəstək verməsindən danışıb. O qeyd edib ki, beynəlxalq hüququn əsas prinsiplərindən biri dövlətlərin ərazi bütövlüyüdür: “Dövlətlərin ərazi bütövlüyü pozulanda isə hansı hüquqdan danışmaq olar. Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib, amma bu gün işğalçı bir dövlət ABŞ-dan pul alır ki, bu da separatizmin, işğalçılığın “inkişafına” yönəlir”. 

Ç.Qənizadə qeyd edib ki, ilk Avropa Oyunlarından sonra Azərbaycanın nüfuzu bir daha artacaq. On minlərlə insan Azərbaycana gəlib reallıqları görəcək: “Bundan narahat olan qüvvələr tələm-tələsik Azərbaycana qarşı belə addınmlar atırlar”. 

Millət vəkili qeyd edib ki, Azərbaycana qarşı olan münasibət səmimi deyil: “Bu bizim müsəlman olmağımızdan, güclü olmağımızdan irəli gəlir. Amma Azərbaycan ABŞ-dan daha səmimi münasibət gözləyir”.

Günel Türksoy