İsti hava “Zeytunluq”da yanğına səbəb oldu

isti-hava-zeytunluqda-yangina-sebeb-oldu
Oxunma sayı: 2197

Xətai rayonunun Günəşli qəsəbəsindən Zığ yolu istiqamətində ərazidə yanğın baş verib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, yanğın "Zeytunluq" deyilən sahədə olub. Xətai rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov açıqlamasında yanğının istilər səbəbindən baş verdiyini və hazırda söndürüldüyünü deyib:

"Yanğın artıq söndürülüb. Ağaclara heç bir ziyan dəyməyib. Ərazinin ot hissəsi yanıb. Yanğın qəsdən törədilməyib. İsti hava səbəbindən quru otların yanması səbəbindən baş verib. Təxminən 80-85 kvadratmetr ərazi yanıb".