İsti havada liftdə qaldı

isti-havada-liftde-qaldi
Oxunma sayı: 981


“Qafqazinfo” xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda on yeddi mərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 16-cı mərtəbədə dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.