Günəş şüalarının təsiri əksər hallarda insan bədəninə xeyirli olsa da, həddindən artıq isti havada ciddi problemlərə gətirib çıxara bilir. Buna el arasında “gün vurma” da deyilir. Gün vurma əksər hallarda, başı açıq şəkildə xeyli müddət ərzində gün altında qaldıqda baş verir.
“Qafqazinfo” xəbər verir ki, belə hallarda gün şüalarının təsirindən beyinə qan axını artır və beyinin qan dövranı pozulur. Bu zaman zəiflik, ürəkbulanma, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, üşütmə, ürək bulanması və qusma kimi hallar müşahidə olunur.
Gün vurmadan bu yollarla qorunmaq mümükündür:
Günün ən isti saatlarında (10:00-16:00) məcbur qalmadıqca çölə çıxmamağa çalışın. Bu saatlarda vacib şərtlərdən biri də dənizə girməmək və günəşlənməməkdir.
Çalışın rəngli, yüngül və boş geyimlər seçin. İdman etmək üçün səhər və axşam saatları seçin, həmçinin 2-4 stəkan maye qəbul edin. Bədən istiliyinin yüksəlməməsi üçün tez-tez duş almağa çalışın. Susuzluk hissi olmasa belə hər gün ən az 21-1 stəkan su için .
Diqqət! Çimərlikdə olduğu zaman heç bir halda alkoqol içkiləri qabul etməyin! Alkoqol orqanizmdə termorequlyasiyanı (istiliyin tənzimi) kəskin şəkildə pozur və bu da öz nöbəsində ciddi problemlərə yol açır.
Zümrüd
Son xəbərlər
Son Xəbərlər