Hacıqabul rayon Qızılburun kəndinin sakinləri susuz qalmaqlarından şikayətçidirlər.
Onlar problemlə bağlı “Qafqazinfo”ya müraciət edərək bildiriblər ki, bir aydır ki, suları verilmir: “İsti yay günlərində susuz qaldıq. Həyətdə yaşıllıqlarımız susuzluqdan məhv olub. Kəndin 2000 sakini bu problemlə üz-üzədir. Hara müraciət ediriksə, bizə cavab verən yoxdur”.
“Qafqazinfo” məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlayıb. O, qeyd edib ki, yağıntılarla əlaqədar Kür çayında bulanıqlıq kifayət qədər böyükdür: “Ona görə təmizlənən suyun həcmi azdır. Bulanıqlıq azalan kimi həcm artacaq və xəttə daha çox su vurulacaq, təzyiq yüksələcək. Beləliklə də, Qızılburun kəndinə əvvəlki qaydada su veriləcək”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər