Vətən Müharibəsi ərəfəsində istifadə olunan bütün döyüş sursatlarının yenisi alınaraq aidiyyəti üzrə hərbi hissələrə təhvil verilib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyində keçirilən 2021-ci ilə aid hesabat xarakterli brifinqdə, nazirliyin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov məlumat verib.
Bundan əlavə, brifinqdə bildirilib ki, may ayından başlayaraq 92 min medal aidiyyəti üzrə təqdim edilib.