Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində döyüş sursatı aşkarlanıb. “Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
FHN-in mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararlı olan 1 ədəd top mərmisidir. Mərmi aidiyyəti üzrə təhvil verilib.
Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə təkrar baxış keçirib və şübhəli əşya aşkar etməyiblər.
Son xəbərlər
Son Xəbərlər