İstifadəyə yararsız 70 kq ət aşkarlandı - Foto

istifadeye-yararsiz-70-kq-et-askarlandi
Oxunma sayı: 1020

Mayın 26-da Bərdədə keçirilmiş tədbirlər nəticəsində Tərtər rayon sakini A.Əhmədov idarə etdiyi avtomobillə rayonun Divanlı kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. 

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, onun idarə etdiyi “Mercedes” markalı avtomobilin yük yerinə baxış keçirilən zaman oradan mənşəyi məlum olmayan 70 kq ət aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.