İstintaq Bayram Məmmədovun ölümü ilə bağlı qərar verdi

istintaq-bayram-memmedovun-olumu-ile-bagli-qerar-verdi
Oxunma sayı: 5013

Müasir Hüquqşünaslar Dərnəyinin İstanbul şöbəsi NİDA-çı gənc Bayram Məmmədovun Türkiyədə vəfat etməsinə dair aparılan istintaqla bağlı açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, açıqlamada Bayram Məmmədovun cəsədinin 2021-ci il mayın 2-də Kadıköydə dənizdən çıxarıldığı, dostlarının mayın 4-də Adli Tıp Kurumunda nəşini tanıdıqları qeyd olunur.

Bununla yanaşı, bildirilir ki, Bayram Məmmədovun suda boğularaq dünyasını dəyişdiyi məlum olub.

“İstintaq materiallarına daxil edilmiş Adli Tıp Kurumunun 29.11.2021-ci il tarixli ekspertiza rəyi ilə Bayram Məmmədovun suda boğularaq öldüyü müəyyən edilmişdir. Ekspertiza rəyinə uyğun olaraq, Prokurorluq 2021-ci il 7 dekabr tarixində məhkəmə təqibinin aparılmaması barədə qərar qəbul edib”, - deyə açıqlamada bildirilir.

Xatırladaq ki, NİDA-çı Bayram Məmmədov 2016-cı ildə həbs edilərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş, 2019-cu ildə Əfv sərəncamı ilə azadlığa buraxılmışdı.

Həmçinin oxuyun: Bayram Məmmədovun Türkiyədə meyiti tapıldı