“İstintaq tədbirləri davam etdirilir” - Xanlar Vəliyev

istintaq-tedbirleri-davam-etdirilir-
Oxunma sayı: 3049

Bu ilin aprel ayı ərzində erməni silahlı birləşmələrinin cəbhə bölgəsində törətdiyi təxribatlarla bağlı cinayət işi başlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev məlumat verib.

X.Vəliyev bildirib ki, erməni hərbçilərinin aprel ayının 2-dən 5-dək təmas xəttində törətdiyi təxribatlar nəticəsində Azərbaycan Silhalı Qüvvələrinin hərbçiləri şəhid olub. Faktla bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işi başlanıb və istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, aprelin 1-dən 2-ə keçən gecədən etibarən aprelin 5-dək cəbhə böplgəsində erməni hərbi birləşmələrinin törətdiyi təxribatının qarşısının alınması zamanı Azərbaycan Silahlı Qüvvələrinin həbçiləri şəhid olmuşdu. Hadisə nəticəsində Ermənistan silahlı birləşmələri xeyli itki verərək geri çəkilmək məcburiyyətində qalmışdılar.